Köçürmə vekselini saxlayan hər kəs onun surətini çıxara bilər. 1044.2. Surət orijinalı indossamentlər ilə və üzərində olan bütün digər qeydlərlə birlikdə dəqiq təkrar etməlidir. Surətdə onun hansı indossamentə qədər etibarlı olduğu göstərilməlidir. 1044.3. Surət orijinalla eyni qaydada və eyni nəticələr ilə indossament və aval edilə bilər. 1044.4. Surətdə sənədin əslinin kimdə olduğu göstərilməlidir. 1044.5. Əgər sənədin əslində onun surəti çıxarılanadək edilmiş sonuncu indossamentdən sonra belə bir qeyd-şərt varsa ki, yalnız surətdəki indossament etibarlıdır, sənədin əslində ondan sonra qoyulmuş indossament etibarsız olur.
Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1044
Maddə 1044. Vekselin surətləri 1044.1
Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver