QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1046

Maddə 1046. Köçürmə vekselindən irəli gələn iddia tələbləri üzrə müddətlər 1046.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Köçürmə vekselindən akseptanta qarşı irəli gələn iddia tələbləri ödəniş müddətinin çatdığı gündən üç il sonra ödənilir. 1046.2. Veksel saxlayanın indossantlara və veksel verənə qarşı iddia tələbləri müəyyənləşdirilmiş müddətdə protestin verildiyi gündən bir il sonra ödənilir. 1046.3. İndossantların bir-birinə və veksel verənə qarşı iddia tələbləri indossantın vekseli ödədiyi gündən və ona qarşı iddia irəli sürüldüyü gündən altı ay sonra ödənilir. 1046.4. Qanuni və ya vekseldə göstərilmiş müddətlər hesablanarkən həmin müddətlərin axımının başlandığı gün hesaba alınmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver