QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 107-10

Maddə 107-10. Səhmdar cəmiyyətinin icra orqanı

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

107-

10.1. Cəmiyyətin icra orqanına direktorlar şurasının (müşahidə şurasının) üzvləri seçilə bilməz. 107-

10.2. Cəmiyyətin icra orqanının səlahiyyətlərinə, müvafiq olaraq, bu Məcəllə, “ Banklar haqqında ”, “ Sığorta fəaliyyəti haqqında ”, “ İnvestisiya fondları haqqında ” Azərbaycan Respublikasının qanunları və nizamnamə ilə cəmiyyətin idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməmiş bütün məsələlər daxildir. 107-

10.3. Cəmiyyətin kollegial icra orqanının üzvlərinin sayı və tərkibi, habelə fəaliyyətinin qaydaları, müvafiq olaraq, cəmiyyətin nizamnaməsi, “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir. 107-

10.4. Cəmiyyətin icra orqanının üzvlərinin eyni zamanda digər təşkilatda vəzifə tutmasına, qanunvericiliyə zidd olmadıqda, cəmiyyətin ümumi yığıncağının və ya direktorlar şurasının (müşahidə şurasının) razılığı ilə yol verilir. 107-

10.5. Cəmiyyətin icra orqanı üzvlərinin şəxsi marağı ilə cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən, habelə bu Məcəllənin 49-1.6-cı maddəsində nəzərdə tutulmuş hallarda cəmiyyətin icra orqanının rəhbəri və ya digər üzvləri müvafiq məlumatı cəmiyyətin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda, səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidirlər. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanılması, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında” və “Sığorta fəaliyyəti h Maddə 107-10. Səhmdar cəmiyyətinin … ə təqdim etməlidirlər. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanılması, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, müvafiq idarəetmə orqanının qərarı əsasında həyata keçirilə bilər. 107-

10.6. Cəmiyyətin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) üzvü mülkiyyətində olan qiymətli kağızlarla əqdi bağlamaqdan əvvəl bu barədə məlumatı media da açıqlamalıdır. 107-

10.7. Cəmiyyətin səhmlərinin iyirmi faizinə malik olan səhmdar cəmiyyətinin icra orqanının üzvü seçilə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver