107-
6.1. Səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir. 107-
6.2. Səhmdarların ümumi yığıncağının protokolunda aşağıdakılar göstərilir: 107-
6.2.1. ümumi yığıncağın keçirilmə vaxtı və yeri; 107-6.2.2 ümumi yığıncağın gündəliyi; 107-
6.2.3. ümumi yığıncağın iştirakçılarının səsli səhmlərinin sayı; 107-
6.2.4. iştirak edən səsvermə hüququna malik olan səhmdarların sayı; 107-
6.2.5. çıxışların xülasəsi; 107-
6.2.6. səsə qoyulan hər bir məsələ üzrə səsvermənin nəticələri; 107-
6.2.7. ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarın dəqiq və səlis ifadə olunmuş mətni. 107-
6.3. Səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir.