QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1076-1

Maddə 1076-1. Təmin edilmiş istiqrazlar 1076-1.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Təmin edilmiş istiqrazlar onlardan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin olunan istiqrazlardır. 1076-

1.2. Təmin edilmiş istiqrazlar üzrə hüquqların keçməsi ilə təminat üzrə hüquqlar da keçmiş hesab olunur. İstiqrazlar üzrə hüquqların keçməsi ilə müşayiət olunmayan təminat üzrə hüquqların keçməsi etibarsızdır. 1076-

1.3. Təmin edilmiş istiqrazlar üzrə təminat haqqında məlumat istiqrazların emissiyası haqqında qərarda və emissiya prospektində (informasiya memorandumunda) əks etdirilməlidir. 1076-

1.4. Təmin edilmiş istiqrazlar üzrə təminat üçüncü şəxs tərəfindən təqdim edildikdə həmin şəxs istiqrazların emissiyası haqqında qərarı imzalamalıdır. Təminatı təqdim etmiş şəxs hüquqi şəxs olduqda istiqrazların emissiyası haqqında qərar həmin hüquqi şəxsin təkbaşına icra orqanı və ya kollegial icra orqanının bütün üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 1076-

1.5. Təmin edilmiş istiqrazlar üzrə təminatın dəyəri istiqrazların ümumi nominal dəyərindən və ödəniləcək olan faizlərdən (olduqda) aşağı olmamalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver