QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1076-10

Maddə 1076-10. İpoteka örtüyünün reyestri 1076-10.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İpoteka istiqrazlarının hər bir emitenti istiqrazların buraxılışı haqqında qərar qəbul etdikdə, istiqrazları təmin edən ipoteka örtüyünün reyestrini sərəncamçının nəzarəti altında yaratmalı və aparmalıdır. 1076-

10.2. İpoteka örtüyünün reyestrində müvafiq qeydin edildiyi andan aktivlər ipoteka örtüyünün tərkibinə daxil edilmiş hesab olunur. 1076-

10.3. İpoteka örtüyünün reyestrinə ən azı aşağıdakı məlumatlar daxil edilir: 1076-

10.3.1. İpoteka örtüyünə daxil olan aktivlər üzrə emitentin hüquqlarını təsdiq edən sənədlərin rekvizitləri; 1076-

10.3.2. ipoteka örtüyünə daxil olan aktivlərin məbləği (əsas borc və faiz dərəcəsi), ödəniş müddətləri, yaxud bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər; 1076-

10.3.3. ipoteka örtüyünə daxil olan aktivlər üzrə öhdəliklərin icra vəziyyəti; 1076-

10.3.4. ipoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka predmetinin adı, eyniləşdirilməsi üçün yetərli olan təsviri və olduğu yer; 1076-

10.3.5. ipoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka predmetinin qiymətləndirici tərəfindən qiymətləndirilmiş dəyəri. 1076-

10.4. İpoteka örtüyünün reyestri Azərbaycan Respublikasının Mərkəzi Bankın müəyyən etdiyi qaydada kağız və elektron formada aparılmalıdır. İpoteka örtüyünün reyestri və ona edilmiş dəyişikliklər Azərbaycan Respublikasının Mərkəzi Banka təqdim edilməlidir. 1076-

10.5. İpoteka örtüyünə daxil olan aktivlər yalnız sərəncamçının icazəsi ilə ipoteka örtüyünün reyes Maddə 1076-10. İpoteka örtüyünün reyestri … ublikasının Mərkəzi Banka təqdim edilməlidir. 1076-

10.5. İpoteka örtüyünə daxil olan aktivlər yalnız sərəncamçının icazəsi ilə ipoteka örtüyünün reyestrindən çıxarıla və ya başqa aktivlə əvəz edilə bilər. Sərəncamçı emitentin bu barədə müraciətinə beş iş günü müddətində baxmalı və nəticəsini emitentə yazılı formada bildirməlidir. 1076-

10.6. Sərəncamçı emitentin ipoteka örtüyünə daxil olan aktivlər barədə sərəncam verməsinə yalnız belə sərəncam bu Məcəllə və emissiya prospektinə (informasiya memorandumuna) zidd olmadıqda icazə verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver