QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1078-1

Maddə 1078-1. Daşınmaz əmlak sertifikatı 1078-1.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Daşınmaz əmlak sertifikatı fiziki və hüquqi şəxslər arasında yerləşdirilən, mülkiyyətçilərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin, qeyri-yaşayış sahələrinin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək hüququ verən qiymətli kağızdır. 1078-

1.2. Daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır. Daşınmaz əmlak sertifikatlarının buraxılışı, dövlət qeydiyyatına alınması və tədavülü qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. § 9. Girov kağızı və ipoteka kağızı

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver