QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1078-22

Maddə 1078-22. Qiymətli kağızlarla təsdiqlənmiş hüquqların həyata keçirilməsi 1078-22.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sənədli qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar qiymətli kağızların mülkiyyətçisi tərəfindən həmin qiymətli kağızların sertifikatının təqdim edilməsi ilə həyata keçirilir. 1078-

22.2. Bu Məcəllənin 996.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, digər sənədsiz qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar həmin qiymətli kağızlar barədə reyestr və ya "depo" hesablarında mülkiyyətçi, yaxud nominal saxlayıcı barədə olan məlumatlarla reyestrdə qeydə alınmış şəxs barədə məlumatların eyniləşdirilməsi ilə həyata keçirilir. 1078-

22.3. Sənədli qiymətli kağızların sertifikatları mərkəzi depozitarda saxlandıqda həmin qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar mülkiyyətçinin tapşırığı ilə mərkəzi depozitarda saxlanılan qiymətli kağızın sertifikatının ( mülkiyyətçilərin siyahısı əlavə olunmaqla) depozitar tərəfindən təqdim edilməsi ilə həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver