Qiymətli kağızların dövriyyədən çıxarılması aşağıdakı hallarda həyata keçirilir: 1078-
27.1.1. səhmlər barəsində səhmdarların ümumi yığıncağının qərarı ilə; 1078-
27.1.2. qiymətli kağızların emissiyasının baş tutmamış hesab edildiyi halda Azərbaycan Respublikasının Mərkəzi Bankı n qərarı ilə; 1078-
27.1.3. qiymətli kağızların buraxılışı məhkəmə tərəfindən etibarsız hesab edildikdə; 1078-
27.1.4. emitentin fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verildikdə; 1078-27.1.4-1. tədavül müddəti bitdikdən sonra qiymətli kağızlar ödənildikdə; 1078-
27.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 1078-
27.2. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər dövlət qeydiyyatına alınmış qiymətli kağızlar dövriyyədən çıxarıldıqda, Azərbaycan Respublikasının Mərkəzi Bankı qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər etməlidir. 1078-
27.3. Qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi media da dərc olunmalıdır. 1078-
27.4. Qiymətli kağızların dövriyyədən çıxarılması barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqa Maddə 1078-27. Qiymətli kağızların dövriyyədən … çıxarılması barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir. 1078-
27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir. 1078-
27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. 55-ci fəsil. Xüsusi mükafatlandırmanın açıq elan edilməsi. Müsabiqə