109-
1.1. Kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır. 109-
1.2. Kooperativ yaratmaq məqsədilə fiziki və (və ya) hüquqi şəxslər təşəbbüs qrupu yaradırlar. Təşəbbüs qrupunun vəzifələrinə aşağıdakılar daxildir: 109-
1.2.1. pay haqqı fondunun həcmi və onun yaranma mənbələri göstərilməklə kooperativin nəzərdə tutulan fəaliyyətinin əsaslandırılması; 109-
1.2.2. kooperativin nizamnamə layihəsinin hazırlanması; 109-
1.2.3. kooperativin üzvlüyünə daxil olmaq barədə fiziki və (və ya) hüquqi şəxslərdən ərizələrin qəbul edilməsi; 109-
1.2.4. kooperativin təsis yığıncağının hazırlanması və keçirilməsi. 109-
1.3. Kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə daxilolma barədə qərar qəbul edir; kooperativin nizamnaməsini təsdiq edir; bu Məcəllənin 111-ci maddəsini müddəalarını nəzərə almaqla kooperativin idarəetmə orqanlarını formalaşdırır. 109-
1.4. Kooperativin üzvləri öz aralarında bu Məcəllənin 45.2-ci maddəsinə uyğun olaraq təsis müqaviləsi bağlayırlar. 109-
1.5. Kooperativin təsis yığıncağının qərarı protokolla rəsmiləşdirilir.