109-
4.1. Kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-
4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-
4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; 109-
4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; 109-
4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək; 109-
4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; 109-
4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq;
109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək;
109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 109-
4.2. Bu Məcəllənin 109-4.1.2-ci və 109-4.1.7-ci maddələrində nəzərdə tutulan hüquqlar kooperativin ortaq (assosiativ) üzvlərinə şamil olunmur. 109-
4.3. Kooperativin fəaliyyətində şəxsi əməyi ilə iştirak edən üzvlərin göstərilən hüquqlardan savayı, öz əməyinə görə pul və ya natura ilə əməkhaqqı almaq hüququ vardır. 109-
4.4. Kooperativin üzvlərinin aşağıda göstərilən vəzifələri vardır: 109-
4.4.1. kooperativə daxil olduqda nizamnamədə nəzərdə tutulmuş qayda Maddə 109-4. Kooperativ üzvlərinin hüquq və … vardır. 109-
4.4. Kooperativin üzvlərinin aşağıda göstərilən vəzifələri vardır: 109-
4.4.1. kooperativə daxil olduqda nizamnamədə nəzərdə tutulmuş qaydada və həcmdə üzvlük haqqı və mütləq əmlak pay haqqı vermək və kooperativin fəaliyyəti ilə əlaqədar üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirmək; 109-
4.4.2. nizamnaməyə əməl etmək, kooperativin orqanlarının qərarlarını yerinə yetirmək; 104-
4.4.3. bu Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etmək; 109-
4.4.4. qanun və nizamnamə ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.