Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və ya ona nəzarət etməli olan təşkilat, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəyirlər. 1105.2. Qəyyumun və ya nəzarət etməli təşkilatın fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs tərəfindən vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinə həmin şəxsin sonradan fəaliyyət qabiliyyətli sayıldığı halda xitam verilmir. 1105.3. Əgər qəyyum ölmüşdürsə və ya zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək üçün yetərli vəsaitə malik deyildirsə, zərərvuranın isə belə vəsaiti vardırsa, məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə almaqla, zərərin hamısının və ya bir hissəsinin zərərvuranın özünün hesabına ödənilməsi barədə qərar qəbul edə bilər.
Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1105
Maddə 1105. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət 1105.1
Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver