QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1120

Maddə 1120. Yetkinlik yaşına çatmayan şəxsin sağlamlığı pozulduqda zərərin əvəzinin ödənilməsi 1120.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

On dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. 1120.2. Zərərçəkən azyaşlı on dörd yaşına çatdıqda, habelə qazancı (gəliri) olmayan on dörd yaşından on səkkiz yaşınadək yetkinlik yaşına çatmayana zərər vurulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs zərərçəkənə sağlamlığın pozulması ilə bağlı xərclərdən əlavə, əmək qabiliyyətinin itirilməsi və ya azalması ilə bağlı zərərin əvəzini də, lakin altı manatdan az olmamaqla, ödəməyə borcludur. 1120.3. Əgər yetkinlik yaşına çatmayanın sağlamlığı pozularkən onun qazancı olmuşdursa, zərərin əvəzi bu qazancın miqdarı əsas götürülməklə, lakin altı manatdan az olmamaqla ödənilir. 1120.4. Əvvəllər sağlamlığına zərər vurulmuş yetkinlik yaşına çatmayanın əmək fəaliyyətinə başladıqdan sonra ixtiyarı var ki, əldə etdiyi qazanc əsas götürülməklə, lakin tutduğu vəzifə üzrə müəyyənləşdirilmiş muzdun və ya iş yeri üzrə eyni ixtisaslı işçinin qazancının miqdarından çox olmamaqla, zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb etsin.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver