QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 115

Maddə 115. Fondlar

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

115.1. Fond üzvlüyü olmayan, fiziki və (və ya) hüquqi şəxslərin əmlak haqları əsasında təsis etdikləri, sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai faydalı məqsədlər güdən təşkilatdır. 115.1-1. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır.

115.2. Fondun təsisçilərinin (təsisçisinin) verdiyi əmlak fondun mülkiyyətidir. Fond həmin əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.

115.3. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur.

115.4. Təsisçilər yaratdıqları fondun öhdəlikləri üçün, fond isə öz təsisçilərinin öhdəlikləri üçün məsuliyyət daşımır.

115.5. Fondun idarə edilməsi və onun orqanlarının formalaşdırılması qaydası fondun təsisçilər tərəfindən təsdiq edilən nizamnaməsi ilə müəyyənləşdirilir.

115.6. Fondun nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, fondun "fond" sözü də daxil edilmiş adı, fondun məqsədləri haqqında məlumatlar; fondun orqanları haqqında, o cümlədən fondun fəaliyyətinə nəzarət edən himayəçilik şurası haqqında, fondun vəzifəli şəxslərinin təyin edilməsi və azad edilməsi qaydası haqqında, fondun ləğvi zamanı onun əmlakı barəsində sərəncam verilməsi qaydası haqqında məlumatlar göstərilməlidir.

115.7. Fondların ayrı-ayrı növlərinin, o cümlədən xeyriyyə təşkilatlarının xüsusiyyətləri və hüquqi vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver