QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1219

Maddə 1219. Ümumi faydalı məqsədlər üçün vəsiyyət tapşırığı 1219.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Vəsiyyət edən vərəsəyə ümumi faydalı məqsədlər üçün hər hansı hərəkətin icrasını tapşıra bilər. Bu hərəkət həm əmlak, həm də qeyri-əmlak xarakteri daşıya bilər. 1219.2. Əgər tapşırılmış hərəkət əmlaka aiddirsə, vəsiyyət tapşırığını tənzimləyən normalar tətbiq edilir. 1219.3. Vəsiyyətdə ümumi faydalı məqsədlər üçün hər hansı hərəkətin icrasının tapşırıldığı vərəsənin öldüyü halda bu öhdəliyin icrası mirası qəbul etmiş digər vərəsələrə keçir. 1219.4. Vərəsəyə tapşırılmış hərəkətin icrasını ondan vəsiyyətnamənin icraçısı, beləsi olmadıqda isə hər hansı vərəsə, habelə maraqlı siyasi partiya, ictimai birlik, həmkarlar ittifaqı və dini təşkilat, fond, dövlət hakimiyyəti və ya yerli özünüidarə orqanları məhkəmə yolu ilə tələb edə bilərlər. 68-ci fəsil. Vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğvi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver