QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1270

Maddə 1270. İmtina hüququnun vərəsəlik üzrə keçməsi 1270.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Mirasdan imtina hüququ vərəsəlik üzrə keçir. 1270.2. Əgər vərəsə mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddət bitənədək ölmüşdürsə, bu müddət vərəsənin ölümündən sonra qalmış vaxt bitənədək qurtarmır. Ölmüş vərəsənin vərəsəsinin mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddəti üç aydan az olarsa, həmin müddət üç ayadək uzadılır. 1270.3. Ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver