QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1317

Maddə 1317. Mirasın qorunması anlayışı 1317.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər. Maddə 1318. Vərəsələrin axtarılması Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün “ Notariat haqqında ” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. Maddə 1319. Əmlak idarəçisinin təyin edilməsi Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər. Maddə 1320. Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir. 74-cü fəsil. Vərəsəlik şəhadətnaməsi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver