QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 268

Maddə 268. Uzufrukta xitam verilməsi

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

268.1. Uzufrukta əşya tamamilə məhv olduqda, uzufruktun müddəti bitdikdə, uzufruktuar uzufruktdan imtina etdikdə, habelə uzufruktuarın ölümü ilə əlaqədar olaraq, hüquqi şəxslər üçün isə onların buraxılması ilə əlaqədar olaraq xitam verilir.

268.2. Uzufrukt qurtardıqda uzufruktuar əşyanı mülkiyyətçiyə qaytarmağa borcludur.

268.3. Əgər uzufrukt mülkiyyətlə birlikdə bir şəxsin əlinə düşərsə, uzufrukta xitam verilir.

268.4. Mülkiyyətçi məhv olmuş əşyanı bərpa etməyə borclu deyildir. Əgər o, əşyanı bərpa edərsə, əşyaya uzufrukt da bərpa olunur. Əgər məhv olmuş əşyanın əvəzi verilirsə, uzufrukt əvəz kimi verilmiş əşyaya keçir. 12-ci fəsil. Əşya təminat hüququ. Girov və ipoteka hüququ § 1. Ümumi müddəalar

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver