309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır.
309.3. İpoteka və tələb yeni kreditora köhnə kreditorda olduğu kimi keçir. Daşınmaz əmlakın dövlət reyestrində kreditorun maraqlarına cavab verən məlumatların qeydiyyatı düzgün hesab edilir. Bu halda borclu tələbin mövcud olmamasına istinad edə bilməz. Əgər yeni kreditor reyestrdəki yazıların düzgün olmadığını bilirdisə, bu qayda tətbiq edilmir.