QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 566

Maddə 566. Öhdəliyin icrası barədə məlumat verilməsi

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

566.1. Öhdəliyin icrasının gedişi barədə kreditorun borcludan məlumat almaq hüququ vardır.

566.2. Öhdəliyin icrası barədə məlumatı aşağıdakılar verməlidirlər:

566.2.1. bu Məcəllə və ya müqavilə üzrə bu vəzifənin tapşırıldığı şəxs;

566.2.2. borclunun işlərini tamamilə və ya qismən həyata keçirən şəxs;

566.2.3. gəlir və xərclərlə bağlı idarəetmə barədə hesabat verməli olan şəxs.

566.3. Əgər məlumat verməli olan şəxs məlumatı yalnız böyük xərc çəkməklə verə bilərsə, xərci kreditor çəkir.

566.4. Verilmiş məlumatın lazımi vicdanlılıqla tərtib olunmadığını ehtimal etməyə əsas olduqda, kreditorun tələbi ilə borclu və ya vəkil edilmiş şəxs məlumatın vicdanla tərtib olunduğuna yazılı surətdə inandırmalıdır. Məhkəmə mübahisəsi əmələ gəldikdə, bu cür yazılı inandırmanın sübutetmə qüvvəsi vardır. XÜSUSİ HİSSƏ Yeddinci bölmə MÜQAVİLƏLƏRDƏN ƏMƏLƏ GƏLƏN ÖHDƏLİKLƏR 29-cu fəsil. Alğı-satqı § 1. Alğı-satqı haqqında ümumi müddəalar

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver