QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 607

Maddə 607. Alğının qadağan edilməsi

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

607.1. Əgər icraat çərçivəsində satış həyata keçirilirsə, satışı həyata keçirməyə və ya ona rəhbərlik etməyə ixtiyarı çatan şəxsə və onun cəlb etdiyi köməkçilərə, o cümlədən protokolu tərtib edən katibə satışa çıxarılmış obyekti nə şəxsən və ya başqa şəxs vasitəsilə özü üçün, nə də təmsil etdiyi digər şəxslər üçün almağa icazə verilmir. İcraat çərçivəsindən kənarda satış həyata keçirilərkən eyni qayda tətbiq edilir. Bu zaman satış tapşırığı zaminə obyektin satışını üçüncü şəxsin hesabına həyata keçirmək səlahiyyəti verən qanuni göstəriş əsasında verilir. Eyni qayda ödəniş qabiliyyətinin olmadığı halda icraat zamanı idarəçinin həyata keçirdiyi satışda da tətbiq edilir.

607.2. Bu Məcəllənin 607.1-ci maddəsinin tələbləri pozulmaqla həyata keçirilmiş alğı bu şərtlə etibarlıdır ki, satışın borclular, mülkiyyətçilər və ya kreditorlar kimi çıxış edən iştirakçıları onunla razılaşsınlar. § 2. Heyvanların, quşların və balıqların alğı-satqısı

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver