QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 625

Maddə 625. Mal dəyişdirilərkən, alış qiyməti azalarkən və lazımi keyfiyyətli olmayan mal qaytarılarkən qiymət fərqinin ödənilməsi

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

625.1. Pis keyfiyyətli mal pərakəndə alğı-satqı müqaviləsinə uyğun gələn lazımi keyfiyyətli malla əvəz edilərkən satıcı malın müqavilədə müəyyənləşdirilmiş qiyməti ilə onun dəyişdirildiyi və ya dəyişdirilməsinə dair məhkəmə qərarının çıxarıldığı an mövcud olmuş qiyməti arasındakı fərqin ödənilməsini tələb edə bilməz.

625.2. Pis keyfiyyətli mal oxşar, lakin ölçüsünə, fasonuna, növünə və ya digər əlamətlərinə görə başqa olan lazımi keyfiyyətli malla əvəz edilərkən dəyişdirilən malın dəyişdirilmə anındakı qiyməti ilə lazımi keyfiyyətli olmayan malın əvəzinə verilən malın qiyməti arasındakı fərq ödənilməlidir. Əgər satıcı alıcının tələbini yerinə yetirmirsə, dəyişdirilən malın qiyməti və onun əvəzinə verilən malın qiyməti məhkəmə tərəfindən malın dəyişdirilməsinə dair qərarın çıxarıldığı gün üçün müəyyənləşdirilir.

625.3. Malın alış qiymətinin mütənasib surətdə azaldılması tələbinin irəli sürüldüyü halda malın həmin tələbin irəli sürüldüyü an üçün qiyməti, alıcının tələbi könüllü surətdə yerinə yetirilmədikdə isə məhkəmə tərəfindən qiymətin mütənasib surətdə azaldılmasına dair qərarın çıxarıldığı gün üçün qiyməti hesaba alınır.

625.4. Lazımi keyfiyyətli olmayan malı satıcıya qaytararkən alıcı malın pərakəndə alğı-satqı müqaviləsində müəyyənləşdirilmiş qiyməti ilə onun tələbinin könüllü surətdə yerinə yetirildiyi an üçün, tələb könüllü surətdə yerinə ye Maddə 625. Mal dəyişdirilərkən, … ndə alğı-satqı müqaviləsində müəyyənləşdirilmiş qiyməti ilə onun tələbinin könüllü surətdə yerinə yetirildiyi an üçün, tələb könüllü surətdə yerinə yetirilmədikdə isə məhkəmə qərarının çıxarıldığı gün üçün müvafiq malın qiyməti arasındakı fərqin ödənilməsini tələb edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver