63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər.
63.2. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “ Müflisləşmə və iflas haqqında ” və “ Banklar haqqında ” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. §2. Kommersiya təşkilatları