QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 654

Maddə 654. Hüquqların və tələblərin alğı-satqısı zamanı satıcının məsuliyyəti

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

654.1. Hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qiymətli kağızın satıcısı belə bir məsuliyyət də daşıyır ki, həmin qiymətli kağızın etibarsızlığına səbəb ola biləcək hansısa icraata başlanılmayacaqdır.

654.2. Əgər hər hansı tələbin satıcısı borclunun ödəniş qabiliyyəti üçün məsuliyyəti öz öhdəsinə götürürsə, hesab edilir ki, həmin məsuliyyət bu tələbin güzəşt edildiyi an üçün ödəniş qabiliyyətinə aiddir. § 7. Faktorinq

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver