QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 658

Maddə 658. Sınama üçün alğı-satqı müqaviləsi

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

658.1. Sınama və ya yoxlama üçün alğı-satqı müqaviləsi alıcının həmin predmeti almağa razılıq verdiyi vaxtadək təxirəsalıcı şərtlə bağlanan alğı-satqı müqaviləsidir.

658.2. Sınama üçün alğı-satqı müqaviləsinə görə satıcı alıcıya predmeti gözdən keçirməyə icazə verməlidir.

658.3. Çıxarılmışdır.

658.4. Alıcı sınama və ya yoxlama üçün aldığı predmet barəsində razılığını yalnız müəyyənləşdirilmiş müddət ərzində, bu müddət müəyyənləşdirilmədikdə isə yalnız satıcının alıcı üçün müəyyənləşdirdiyi ağlabatan müddət bitənədək bildirə bilər. Əgər əşya sınama və ya gözdən keçirmə üçün artıq alıcıya verilmişdirsə, onun susması razılıq kimi qiymətləndirilir. 30-cu fəsil. Satın almaqda üstünlük hüququ və digər üstünlük hüquqları

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver