674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir:
674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda;
674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda.
674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. 33-cü fəsil. Əmlak kirayəsi