QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 678

Maddə 678. Kirayəyə verilmiş əşyaya təsirlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

678.1. Otaqların kirayəçisi obyektiv baxıldıqda kirayəyə götürülmüş otaqlara təsirlə ya bağlı olmayan, ya da əhəmiyyətsiz dərəcədə bağlı olan tədbirlərin kirayəyə verən tərəfindən həyata keçirilməsinə yol verməlidir.

678.2. Obyektiv baxıldıqda kirayəyə götürülmüş əşyaya hər hansı əhəmiyyətli təsirlə bağlı olan tədbirlərə kirayəçi bu şərtlə yol verməlidir ki:

678.2.1. təsir, əvvələn, kirayəyə verilmiş otaqların və ya binanın salamatlığı üçün zəruri olan, ikincisi isə, kirayəyə verilmiş otaqların və ya binanın digər hissələrinin yaxşılaşdırılmasına, yaxud isitməyə sərf olunan enerjiyə qənaət edilməsinə yönəldilən, kirayəçi və ya onun ailəsi üçün yolverilməz rahatsızlıqlar yaratmayan tədbirlərin nəticəsi olsun (yolveriləbilənlik qiymətləndirilərkən görülən işlərin törətdiyi rahatsızlıqların xarakteri və müddəti, kirayəçinin əvvəlki məsrəfləri, kirayə haqqının gözlənilə bilən artımı, habelə kirayəyə verənin və digər kirayəçilərin əsaslı mənafeləri nəzərə alınır. Əgər kirayəyə verilmiş otaqlar və ya binanın digər hissələri yalnız hamılıqla qəbul olunmuş sayılan vəziyyətə gətirilərsə, kirayə haqqının gözlənilə bilən artımı nəzərə alınmır);

678.2.2. kirayəyə verən tədbirlərin həyata keçirilməsinə üç ay qalmış kirayəçiyə bu tədbirlərin xarakteri, həcmi, başlanğıcı və ehtimal edilən müddəti barəsində, habelə kirayə haqqının mümkün artımı barəsində yazılı bildiriş versin;

678.2.3. kirayəyə verən həmin tədbirlərin həyata keçirilməsi nəticəsin Maddə 678. Kirayəyə verilmiş əşyaya … rəsində, habelə kirayə haqqının mümkün artımı barəsində yazılı bildiriş versin;

678.2.3. kirayəyə verən həmin tədbirlərin həyata keçirilməsi nəticəsində kirayəçinin çəkməli olacağı xərclərin əvəzini ödəsin; kirayəçinin xahişi ilə kirayəyə verən ona avans verməlidir.

678.3. Bu Məcəllənin 678.2-ci maddəsinə uyğun hallarda kirayəçi bildirişin daxil olduğu tarixdən iki ay ərzində müqaviləni növbəti ayın sonu üçün ləğv etmək hüququna malikdir. Əgər kirayəçi müqavilənin ləğv olunduğunu bəyan edərsə, tədbirlərin görülməsi kirayə müddətinin sonunadək təxirə salınır.

678.4. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olan kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver