QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 748-11

Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

748-

11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-

11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-

11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-

11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-

11.1.4. lizinq verənin mükafatının məbləği; 748-

11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-

11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-

11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-

11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver