QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 748-13

Maddə 748-13. Lizinq verənin maliyyə nəzarəti hüququ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

748-

13.1. Lizinq verən lizinq alanın lizinq müqaviləsi üzrə lizinq obyektinə aid öhdəliklərini yerinə yetirməsi hissəsində onun fəaliyyətinə maliyyə nəzarətini həyata keçirmək hüququna malikdir. 748-

13.2. Maliyyə nəzarətinin məqsədləri və qaydası lizinq müqaviləsi ilə nəzərdə tutulur. 748-

13.3. Lizinq verənin maliyyə nəzarətini həyata keçirməyə lazım olan məlumatı almaq üçün lizinq alana yazılı sorğu göndərmək hüququ vardır, lizinq alan isə bu sorğulara cavab verməyə borcludur. 748-

13.4. Lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver