QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 807

Maddə 807. Konsessiya müqaviləsinin qüvvəsinə xitam verilməsinin nəticələri

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

807.0. Konsessioner ilə tapşıran arasında birtipli müqavilənin qüvvəsinə xitam verildikdən sonra:

807.0.1. Artıq konsessioner müştərilər qarşısında tapşıranın konsessioneri kimi çıxış edə bilməz. Bundan başqa, o, tapşıranın firma markalarından və nişanlarından istifadə edə bilməz. Konsessioner öz adına qeydə alınmış və müqavilə bağlananadək istifadə edilmiş bütün firma markalarını və nişanlarını tapşıranın adına keçirməyə borcludur. İlkin qeydiyyat və keçirmə xərclərini tapşıran çəkir.

807.0.2. Əgər konsessioner müştərilər və (və ya) tapşıran qarşısında öhdəliklərini yerinə yetirmək üçün anbar saxlamalı olmuşdursa, tapşıran onun anbarında qalan malları satın almağa borcludur. Əgər mal satış üçün yararlı olan yaxşı vəziyyətdədirsə, satınalma qiyməti son satınalma zamanı konsessionerin tapşırana ödədiyi qiymətdən aşağı olmamalıdır. Konsessioner satınalmadan imtina edə bilər. Bu isə ona anbardakı qalığı ağlabatan müddətdə müştərilərə satmaq hüququ verir. 44-cü fəsil. Komissiya

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver