QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 819

Maddə 819. Öz adından və sifarişçinin hesabına hərəkətlərin yerinə yetirilməsi haqqında əqd

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

819.1. Komisyonçu öz adından və sifarişçinin hesabına hərəkətlərin yerinə yetirilməsi haqqında üçüncü şəxslər ilə əqd üzrə kreditor və borcludur.

819.2. Komisyonçu komissiya müqaviləsinin icrasından əldə etdiklərinin hamısını komitentə verməyə borcludur.

819.3. Komitent komisyonçunun bağladığı əqddən irəli gələn tələbləri yalnız komisyonçu tələbi güzəşt etdikdən sonra irəli sürə bilər.

819.4. Komisyonçunun öz adından və sifarişçinin hesabına hərəkətlərin yerinə yetirilməsi haqqında əqddən irəli gələn tələbləri kreditora güzəşt etməsinin qüvvəsi yoxdur. Əmlakın girov qoyulduğu halda komitent onun ləğvini tələb edə bilər. Əgər girov qoyulmuş tələb artıq kreditora göndərilmişdirsə, komisyonçu kreditorun həmin tələb əsasında aldıqlarının verilməsini tələb edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver