QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 826

Maddə 826. Əvəz edilə bilən əşyaların saxlanması

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

826.1. Əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir.

826.2. Əgər saxlamaya digər əvəz edilən əşyalar və ya sənədli qiymətli kağızlar qəbul edilirsə, saxlayıcı onlara dair yalnız o halda sərəncam verə bilər ki, tapşıran buna birbaşa icazə vermiş olsun. §2. Anbarlarda saxlama

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver