861.1. Daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, bu Məcəllənin 851.2-ci maddəsində qeyd edilən yük daşınması müqaviləsi bağlanılmadığı halda həmin müqavilənin bağlanılmalı olduğu sonuncu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir.
861.2. Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə pretenziya verilməsi və iddia qaldırılması “ Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında ” Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə uyğun həyata keçirilir. 47 – ci fəsil. Turist xidmətlərinin göstərilməsi