876.1. Daimi renta ödənilməsi üçün pulsuz verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski renta ödəyicisinin üzərinə düşür.
876.2. Daimi renta ödənilməsi üçün haqq müqabilində verilmiş əşya təsadüfən məhv olduqda və ya təsadüfən zədələndikdə ödəyici müvafiq olaraq, rentanın ödənilməsi öhdəliyinə xitam verilməsini və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsini tələb edə bilər. §3. Ömürlük renta