QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 900

Maddə 900. Sığorta müqaviləsinin məzmunu

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

900.1 Bu Məcəllənin 899.1.1.-ci maddəsində nəzərdə tutulmuş halda sığorta müqaviləsində aşağıdakılar göstərilməlidir:

900.1.1. sığortaçının adı və ünvanı;

900.1.2. sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i ) və ünvanı;

900.1.3. sığorta predmeti və yerləşdiyi ünvan, həmçinin sığorta olunan(lar)ın adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i ) və ünvanı;

900.1.4. faydalanan şəxsin adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i ) və ünvanı;

900.1.5. sığorta məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə, yaxud hər bir sığorta olunana münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı;

900.1.6. sığorta haqqının ümumi və hər bir sığorta predmeti üzrə məbləği və ödənilməsi qaydası;

900.1.7. sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;

900.1.8. sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi, həmçinin ona xitam verilməsi qaydası;

900.1.9. sığorta müqaviləsi üzrə təminat verilən sığorta riskləri, eyni zamanda əgər bu barədə razılaşdırılıbsa, müvafiq sığorta qaydalarında nəzərdə tutulmuş əlavə sığorta təminatları;

900.1.10. sığorta ödənişinin verilməsi qaydası və əsasları;

900.1.11. sığorta ödənişinin verilməsindən imtinanın əsasları; Maddə 900. Sığorta müqaviləsinin məzmunu … əlavə sığorta təminatları;

900.1.10. sığorta ödənişinin verilməsi qaydası və əsasları;

900.1.11. sığorta ödənişinin verilməsindən imtinanın əsasları;

900.1.12. sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti;

900.1.13. mübahisələrin həlli qaydası;

900.1.14. sığorta müqaviləsinin tərəflərinin qarşılıqlı razılaşması əsasında müəyyən edilən digər şərtlər;

900.1.15. sığorta müqaviləsinin tərəflərinin imzaları, hüquqi şəxs olduqda həmçinin möhürləri. 900.2 İcbari sığorta müqaviləsinin bağlanması qaydası icbari sığorta qanunları ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver