QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 906

Maddə 906. Sığorta təminatının müddətinin başlanması və sonu

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

906.1. İcbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.

906.2. Bu Məcəllənin 919.1.1–919.1.8-ci maddələrində nəzərdə tutulmuş hər hansı hal baş verdikdə, həmin halın baş verdiyi andan, bu Məcəllənin 919.1.9-cu maddəsində nəzərdə tutulmuş halda isə bu Məcəllənin 920.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq müddətin sonuncu gününün bitməsi anından sığorta müqaviləsi üzrə sığorta təminatı başa çatmış hesab edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver