QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 916

Maddə 916. Sığorta qaydalarının məzmunu

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

916.1. Sığorta qaydalarında aşağıdakılar müəyyən edilməlidir:

916.1.1. müvafiq sığorta növünün aid olduğu və ya bu növdə birləşdirilmiş sığorta sinifləri;

916.1.2. sığorta predmetlərinin – sığorta olunanların, sığortalanan əşyaların və ya halların konkret kateqoriyası;

916.1.3. sığorta məbləğlərinin müəyyən edilməsi qaydası;

916.1.4. sığorta riskləri;

916.1.5. sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər;

916.1.6. sığorta müqaviləsinin bağlanması, həmçinin ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası;

916.1.7. tərəflərin hüquqları və vəzifələri;

916.1.8. sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri;

916.1.9. sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı;

916.1.10. sığorta ödənişinin verilməsindən imtinanın əsasları;

916.1.11. sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti;

916.1.12. sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti;

916.1.13. mübahisələrin həlli qaydası;

916.1.14. sığorta tarifləri və onların iqtisadi əsaslandırılması. 916.1-1. Bu Məcəllənin 916.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərdən əlavə olaraq aqrar sığortaya aid sığorta qaydalarında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş Maddə 916. Sığorta qaydalarının məzmunu … uş məsələlərdən əlavə olaraq aqrar sığortaya aid sığorta qaydalarında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər məsələlər də müəyyən edilir.

916.2. Bu Məcəllənin 916.1.5-ci maddəsində nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər sığorta müqaviləsində razılaşdırılmaqla sığorta təminatına daxil edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver