QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 972

Maddə 972. Nağdsız hesablaşmaların formaları

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

972.1. Nağdsız hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir. 972.1-1. Maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı mərkəzi depozitarın açdığı pul hesabları üzrə nağdsız hesablaşmalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

972.2. Müqavilə üzrə tərəflərin bu Məcəllənin 972.1-ci maddəsində göstərilmiş hesablaşma formalarından hər hansı birini seçmək və müqavilədə müəyyənləşdirmək hüququ vardır. § 2. Ödəniş tapşırıqları ilə hesablaşmalar

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver