QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 983

Maddə 983. Akkreditivin bağlanması

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

983.1. İcraçı bankda akkreditiv aşağıdakı hallarda bağlanır:

983.1.1. akkreditivin müddəti qurtardıqda;

983.1.2. akkreditivin qüvvədə olma müddəti qurtaranadək onun istifadəsindən imtina etmək haqqında vəsait alanın ərizəsi üzrə, bir şərtlə ki, bu cür imtinanın mümkünlüyü akkreditivin şərtləri ilə nəzərdə tutulsun;

983.1.3. akkreditivin tam və ya qismən geri çağırılması haqqında ödəyicinin tələbi ilə, bir şərtlə ki, akkreditivin şərtlərinə görə belə geriçağırma mümkün olsun.

983.2. Akkreditivin bağlanması haqqında icraçı bank emitent banka məlumat verməlidir.

983.3. Ödənilmiş akkreditivin istifadə olunmamış məbləği akkreditivin bağlanması ilə eyni vaxtda dərhal emitent banka qaytarılmalıdır. Emitent bank qaytarılmış məbləğləri ödəyicinin vəsaitin deponentləşdirildiyi hesabına daxil etməlidir. § 4. İnkasso üzrə hesablaşmalar

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver