QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 986

Maddə 986. Aparılmış əməliyyatlar haqqında bildiriş

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

986.1. Əgər ödəniş və (və ya) aksept alınmamışdırsa, icraçı bank ödənişin icra olunmamasının və ya akseptdən imtina edilməsinin səbəblərini dərhal emitent banka bildirməlidir. Emitent bank bu barədə müştəriyə dərhal məlumat verərək, ondan gələcək hərəkətlər barəsində göstərişlər istəməlidir.

986.2. Gələcək hərəkətlər haqqında göstərişlər bank qaydaları ilə müəyyənləşdirilmiş müddətdə, bu müddət olmadıqda isə ağlabatan müddətdə alınmadıqda, icraçı bankın sənədləri emitent banka qaytarmağa ixtiyarı vardır. § 5. Çek

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver