QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 986-10

Maddə 986-10. Çekin ödənişə təqdim olunması

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

986-

10.1. Çek təqdim olunduqda ödənilməlidir. Hər cür başqa göstəriş etibarsız sayılır. 986-

10.2. Tərtib edildiyi ölkədə ödənilməli olan çek bir ay müddətində ödənişə təqdim olunmalıdır. Verildiyi ölkədə deyil, başqa ölkədə ödənilməli olan çek, verilmə yeri ilə ödəniş yeri eyni qitədədirsə, iki ay müddətində, müxtəlif qitələrdədirsə, üç ay müddətində ödənişə təqdim edilməlidir. Həm də Müstəqil Dövlətlər Birliyinin üzvü olan bir dövlətin ərazisində verilən və Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər dövlətin ərazisində ödənilməli olan çeklər eyni qitədə verilən və ödənilməli olan çeklər sayılır. Yuxarıda göstərilən müddətlərin axımı çekdə onun verilmə günü kimi göstərilən gündən başlanır. 986-

10.3. Əgər çek onun verildiyi yerin təqvimindən fərqlənən başqa təqvimin qüvvədə olduğu yerdə ödənilməlidirsə, ödəniş yerinin təqviminə əsasən verilmə gününə uyğun tarix və bundan asılı olaraq ödəniş müddəti müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver