QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 986-3

Maddə 986-3. Çekin təminatı tələbi

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

986-

3.1. Çek yalnız o hallarda verilə bilər ki, çek verənin bankdakı hesablarında vəsaiti və həmin vəsaitə dair çeklər vasitəsilə sərəncam vermək hüququ olsun. 986-

3.2. Çekin ödənilməsi üçün çek verənin vəsaiti və ya ona verilmiş kredit kifayət etmədikdə bankın çeki ödəməkdən imtina etmək hüququ vardır. Bank təmin olunmamış məbləği ödədikdə, çek sahibinin hüquqları ona keçir. Bank çeki tamamilə və ya qismən ödəməkdən imtina etdikdə, aşağıdakı nəticələr baş verməlidir: 986-

3.2.1. çek verən, yaxud tamamilə və ya qismən ödənilməmiş çeki çek verənin əvəzinə imzalamış şəxs birgə borclular kimi, çek məbləğinin ödənilməmiş hissəsinin 6 faizi miqdarında zərərin əvəzini çek sahibinə ödəməlidirlər. Çek sahibinin başqa zərərin əvəzinin ödənilməsi tələbini həyata keçirmək hüququ saxlanılır; 986-

3.2.2. bank təminat olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini çekin özündə qeyd etməli və ləngimədən onu çek sahibinə göndərməli, bu barədə belə çekləri imzalamış çek verənlərin reyestrini tərtib edən Azərbaycan Respublikasının Mərkəzi Banka dərhal bildiriş göndərməlidir; 986-

3.2.3. təmin olunmamış çeki verənin bir il ərzində çeklər verməsinə icazə verilmir və o özündə olan bütün çek blanklarını dərhal ödəyici banka və müştərisi olduğu bütün başqa banklara qaytarmalıdır. Ödəyici bank bunu yazılı şəkildə dərhal çek verəndən və hesablardakı vəsaitə dair sərəncam verməyə ixtiyarı olan bütün şəxslərdən tələb etməli və bundan sonra çek verməyi onla Maddə 986-3. … şəkildə dərhal çek verəndən və hesablardakı vəsaitə dair sərəncam verməyə ixtiyarı olan bütün şəxslərdən tələb etməli və bundan sonra çek verməyi onlara qadağan etməlidir; 986-

3.2.4. bu tələbdən sonra bir ay müddətində çek verən çek sahibi barədə çek məbləğinin ödənilməmiş hissəsini ödədiyini, habelə bu Məcəllənin 986-3.2.1-ci maddəsinə uyğun olaraq zərərin əvəzini ödədiyini, yaxud həmin məbləğlərin tam ödənilməsi üçün ödəyici bankın kifayət qədər vəsaitə malik olması qayğısına qaldığını ödəyici banka sübut edərsə, bu Məcəllənin 986-3.2.3-cü maddəsinə uyğun olaraq çeklərin verilməsinin qadağan edilməsinin gələcək üçün qüvvəsi olmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver