QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 986-7

Maddə 986-7. Çekin başqasına verilməsi

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

986-

7.1. Müəyyən şəxsə verilmiş və ödənişə təqdim olunmuş çek indossament vasitəsilə başqa şəxsə verilə bilər. 986-

7.2. Çek indossament vasitəsilə həmçinin çek verənə və çek üzrə mükəlləfiyyətli hər hansı şəxsə verilə bilər. Öz növbəsində bu şəxslər də çeki indossament edə bilərlər. 986-

7.3. Ödəyici bankın indossamenti etibarsızdır. Adsız indossament blanklı indossament sayılır. Bankın bir neçə şöbəsinin (filialının) olduğu və indossamentin çekin verildiyi şöbənin deyil, başqa şöbənin xeyrinə edildiyi hallar istisna olmaqla, bank üçün indossamentin yalnız ödəniş qəbzi qüvvəsi vardır. 986-

7.4. Vekselin aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin 993.3-cü, 993.4-cü, 1018-ci və 1020-ci maddələrinin müddəaları çeklərə də tətbiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver