988.1. Qiymətli kağızda emitentə qarşı təsbit edilmiş hər hansı tələb həmin qiymətli kağızla təsdiqlənir. Belə tələbin etibarlılığı onu əmələ gətirən əqdin mövcudluğundan və ya etibarlılığından asılı deyildir. Qiymətli kağızla təsdiqlənmiş öhdəliyin icrasından onun əsasının olmamasına və ya onun etibarsızlığına istinadla imtina edilməsinə yol verilmir.
988.2. Emitent qiymətli kağızın mülkiyyətçisinə icranı hansı həcmdə həyata keçirmişdirsə, öz öhdəliyindən də həmin həcmdə azad edilir.
988.3. Qiymətli kağızı vermiş emitent və onu indossament etmiş bütün şəxslər onun mülkiyyətçisi qarşısında birgə məsuliyyət daşıyırlar. Qiymətli kağızın mülkiyyətçisinin tələbi qiymətli kağız üzrə öhdəlik götürmüş bir və ya bir neçə şəxs tərəfindən yerinə yetirildikdə, o (onlar), qiymətli kağız üzrə öhdəlik götürmüş qalan şəxslər qarşısında geriyə tələb (reqres) hüququ əldə edir.
988.5. Qiymətli kağızın mülkiyyətçisi qiymətli kağızda aldatma və ya saxtalaşdırma aşkar etdikdə kağızı ona vermiş borcluya qarşı qiymətli kağızla təsdiqlənmiş öhdəliyin lazımınca yerinə yetirilməsi və zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər.