QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 991

Maddə 991. Sənədli qiymətli kağızlar

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

991.1. Sənədli qiymətli kağız saxtalaşdırma imkanlarını aradan qaldırmaq məqsədi ilə xüsusi qaydada hazırlanmış kağız blanklarda (sertifikatda) çap edilmiş qiymətli kağız formasıdır.

991.2. Sənədli qiymətli kağız blanklarına və onları hazırlayan şəxslərə aid tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver