QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 994

Maddə 994. Sənədli qiymətli kağızların zədələnməsi, korlanması

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sənədli qiymətli kağız zədələnmək və ya korlanmaq nəticəsində dövriyyə üçün yararsız olduqda onun mülkiyyətçisi emitentdən zədələnmiş və ya korlanmış kağızın qaytarılması müqabilində yeni qiymətli kağız verməyi tələb edə bilər, bu şərtlə ki, həmin kağızda onun əsas məzmununu və fərqləndirici əlamətlərini inamla müəyyənləşdirmək hələ mümkün olsun. Zədələnmiş və ya korlanmış sənədli qiymətli kağızın əvəz olunması xərclərini onun mülkiyyətçisi çəkir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver