Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün fövqəladə və maliyyə vəsaiti ehtiyatları fövqəladə hadisələr baş verəcəyi halda zəruri vəsaitləri dərhal cəlb etmək məqsədilə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən əvvəlcədən yaradılır.
Bu maddənin birinci hissəsində nəzərdə tutulan ehtiyatların yaradılması və onlardan istifadə olunması, habelə istifadə olunmuş ehtiyatların yerinin doldurulması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.