Qanunvericilik › Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Mülki müdafiə qüvvələrinin fəaliyyətinə nəzarət

Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Mülki müdafiə qüvvələrinin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir.

Mülki müdafiə qüvvələrinin fəaliyyətinə idarədaxili nəzarəti mülki müdafiə qüvvələrinin komandanlığı və müvafiq icra hakimiyyəti orqanının rəhbəri həyata keçirir.

Prokurorluq orqanları mülki müdafiə qüvvələrində qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver