QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 104

Maddə 104. Şahid ifadələri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.

104.2. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər.

104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.

104.4. Aşağıdakılar şahid qismində dindirilə bilməzlər:

104.4.1. azyaşlı olduğuna görə, fiziki və ya psixi pozuntuları üzündən faktları düzgün qavraya bilməyən və ya faktlar barədə düzgün ifadə verə bilməyən şəxslər;

104.4.2. vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olan hallar barədə—mülki işlər üzrə nümayəndələr və cinayət işləri üzrə müdafiəçilər;

104.4.3. ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məsələlər üzrə— hakim;

104.4.4. dini etiqad ilə əlaqədar olaraq onlara məlum olan məsələlər üzrə—din xadimləri;

104.4.5. peşə borcunu həyata keçirməklə əlaqədar onlara məlum olan hallar barədə—vəkillər;

104.4.6. mediasiya zamanı məlum olan məlumatlar barədə - “ Mediasiya haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər;

104.4.7. arbitraj icraatı zamanı məlum olan hallar barədə – arbitrlər.

104.5. Aşağıdakılar məhkəmədə ifadə verməkdən imtina edə bilərlər:

105.5.1. şəxs özünə qarşı;

105.5.2. ər-arvad bir-birinə qarşı, uşaqlar valideynlərinə, valideynlər uşaqlarına qarşı;

104.5.3. qardaş və bacılar bir-birinə qarşı, nənə-baba nəvələrinə, nəvələr baba və Maddə 104. … irinə qarşı, uşaqlar valideynlərinə, valideynlər uşaqlarına qarşı;

104.5.3. qardaş və bacılar bir-birinə qarşı, nənə-baba nəvələrinə, nəvələr baba və nənələrinə qarşı;

104.5.4. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq onlara məlum olan məlumatlar üzrə Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları.

104.6. Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver