QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 108

Maddə 108. Dövlət rüsumu

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir:

108.1.1. iddia ərizəsi verildikdə;

108.1.2. iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə;

108.1.3. xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə;

108.1.4. məhkəmə əmri haqqında ərizə verildikdə;

108.1.5. müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə (arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla);

108.1.6. iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə;

108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə;

108.1.8. qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə verildikdə;

108.1.9. məhkəmə aktlarının surətləri təkrarən verildikdə;

108.1.10. arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizələr verildikdə;

108.1.11. müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizələr verildikdə;

108.1.12. arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizələr verildikdə;

108.1.13. yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı əriz Maddə 108. … ının ləğv edilməsi ilə bağlı ərizələr verildikdə;

108.1.13. yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizələr verildikdə;

108.1.14. xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizələr verildikdə.

108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir.

108.3. Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver